NƏQLİYYAT

Göyçayda yeni avtovağzal istifadəyə verilib
02 AVQUST
245

Göyçayda yeni avtovağzal istifadəyə verilib

2018-08-02 09:34:00

Göyçayda şəhərin ərazisindən keçən Bakı-Şamaxı-Yevlax magistral yolunun kənarında yeni avtovağzal binası istifadəyə verilib. 5300 kvadratmetr ərazidə 240 kvadratmetr binası olan avtovağzalda yüksək səviyyəli xidmət üçün bütün lazımi şərait yaradılıb. Binada 75 nəfərlik gözləmə zalı, tibb, ana və uşaq otaqları, habelə, sürücülərin istirahət otağı, kafe, saxlama kamerası və digər xidməti otaqlar var.

Avqustun 1-də yeni avtovağzal rayon ictimaiyyətinin iştirakı ilə istifadəyə verilib. Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə yeni xidmət sahəsinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində, o cümlədən Göyçayda sosial-iqtisadi, tikinti-quruculuq sahələrində böyük uğurların qazanıldığını, yeni-yeni layihələrin reallaşdırıldığını diqqətə çatdıran icra hakimiyyətinin başçısı bütün bunların insanlara göstərilən qayğı və diqqətin nümunəsi olduğunu vurğulayıb.

Qeyd olunub ki, avtovağzaldan respublikamızın 10 şəhər və rayonunu, habelə Göyçayın 40 kəndini əhatə edən 17 istiqamətdə avtobus marşrutu işləyəcək. Burada 8 nəfər daimi işçi və sürücülərlə birlikdə 40 nəfərə yaxın rayon sakini çalışacaq.

Çıxış edən ağsaqqal Arif Əliyev, ziyalı Qurban Qurbanov, sürücü Bəxtiyar Həmidov sakinlərin rahatlığı üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Sonda iştirakçılar yeni avtovağzalda yaradılan şəraitlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256