NƏQLİYYAT

Şəhərətrafı avtobuslara nə qədər ödəyək?
01 AVQUST
193

Şəhərətrafı avtobuslara nə qədər ödəyək?

2018-08-01 11:30:00

Tarif Şurası ölkədə nəqliyyatın qiymətinə dəyişiklik edəndən sonra bəzi suallar hələ də açıq qalıb. Belə ki, qərara görə metro və şəhərdaxili avtobuslarda qiymət 30 qəpik müəyyən olunub. Şəhərətrafı marşrut xətləri üzrə qiymətlər isə məsafəyə görə (hər kilometrə görə 2,4 qəpik) hesabalanacaq. Lakin hansı qəsəbəyə qiymətin nə qədər olacağı hələ də açıqlanmayıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev açıqlamasında bildirib ki, artıq şəhərətrafı yaşayış yerlərinə tətbiq olunan qiymətlər bəllidir: “Yeni qiymətlər hesablanıb və hazır formada daşıyıcılara təqdim olunub. Daşıyıcılara tapşırıq verilib ki, sürücülər də təlimatlandırılsın. Yəni, ilk günlərdə qiymətdən məlumatı olmayan və ya şəhərə yeni gələn şəxslərlə qiymət artımı barəsində mübahisə etməsinlər. Çünki bəzi sərnişinlər bundan xəbərsiz ola bilər, buna görə də sürücülər səbrli davranmalıdırlar. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları və daşıyıcıların əməkdaşları gün ərzində marşrut avtobuslarında nəzarəti gücləndirəcəklər ki, hər hansı xoşəgəlməz hadisə baş verməsin və ya daşıyıcılar, sürücülər süni qiymət artımına yol verməsinlər”.

M.Ağayev qeyd edib ki, şəhərətrafı yaşayış yerləri üçün müəyyən edilən yeni qiymətlər gün ərzində ictimaiyyətə də açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259