NƏQLİYYAT

Bakı-Sumqayıt yolu YENİDƏN BAĞLANACAQ
31 İYUL
186

Bakı-Sumqayıt yolu YENİDƏN BAĞLANACAQ

2018-07-31 09:43:00

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində (Sumqayıt istiqamətində) iyulun 31-dən avqustun 1-nə keçən gecə hərəkət məhdudlaşdırılır. Hərəkətin məhdudlaşdırılması bir-neçə saatlıq, daha dəqiqi gecə saat 00:00-dən səhər saat 05:00-ə kimi tətbiq ediləcək.

Qeyd olunan saatlar ərzində hərəkət tunelin yan yoluna, dairə istiqamətinə yönəldiləcək. Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Eləcə də bax: Bakının iki ən problemli marşrut xətti birləşdirilərək "BakuBus"-a verildi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255