NƏQLİYYAT

“Celebrity Edge” gəmisinin sınağı baş tutub
30 İYUL
326

“Celebrity Edge” gəmisinin sınağı baş tutub

2018-07-30 13:53:00

Fransaya məxsus “Chantiers de l’Atlantique” şirkəti “Saint Nazire” tərsanəsində “Royal Caribbean Cruises” üçün dörd ədəd kruiz gəmisi tikir.

Onlardan biri bu il istismara veriləcək. Digər üç gəminin isə 2020, 2021 və 2022-ci illərdə təhvili planlaşdırılır. Gəmilərin hər biri 2900 nəfər sərnişin tutumuna, 306 metr uzunluğa, 38 metr enə malikdir.

2018-ci ildə tam olaraq fəaliyyətə başlaması nəzərdə tutulan “Celebrity Edge” kruiz gəmisinin artıq ilk sınağı baş tutub. Bu gəminin inşasına 2017-ci ilin iyununda başlanmışdı. “Chantiers de l’Atlantique”-nin rəhbəri Laurent Kastaing “Celebrıty Edge”-ni suya endirdikləri üçün qürur duyduqlarını bildirib.

Bununla belə, Kastaing ötən həftə “Celebrity Apex”-in dəmir kəsiminin baş tutduğunu da açıqlayıb. Onun sözlərinə görə, digər gəmilərin tikintisi üzrə işlərə isə yaxın vaxtlarda başlanacaq. (Seanews.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256