NƏQLİYYAT

Dünyanın ən böyük sərnişin gəmisi - “Sumphony of the Seas” – REPORTAJ
08 AVQUST
233

Dünyanın ən böyük sərnişin gəmisi - “Sumphony of the Seas” – REPORTAJ

2018-08-08 12:38:00

Hazırda dünyanın ən böyük sərnişin gəmisi “Sumphony of the Seas”-dir. Gəmi suda üzən bir adanı, yaxud şəhəri xatırladır. 6800 sərnişin tutumu olan gəmidə insanlara 2500 nəfərlik işçi heyəti xidmət göstərir. Hündürlüyü 72 m, uzunluğu isə 362 m olan “Sumphony of the Seas”ın içərisində 2775 adi otaq, 188 VİP otaq yerləşir.

Gəmi ilk səfərinə bu ilin aprelin 7-də İspaniyanın Barselona limanından start verib. Hazırda gəmi ilə turist turları həyata keçirilir. Hazırda 7 gecəlik Aralıq dənizi turu üçün qiymətlər belədir:

İnside  – 2 172 dollar

Oceanview – 1 868 dollar

Balcony – 2 268 dollar

Suite – 5 711 dollar

Fransanın “STX” şirkəti tərəfindən hazırlanan gəminin çəkisi 228.081 tondur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254