NƏQLİYYAT

Babül-Məndəb boğazı bağlanıb – SƏBƏB
26 İYUL
371

Babül-Məndəb boğazı bağlanıb – SƏBƏB

2018-07-26 16:54:00

Səudiyyə Ərəbistanına aid iki neft tankerinin Qırmızı dəniz sularında husilərin silahlı hücumuna məruz qalmasından sonra Babül-Məndəb boğazından həyata keçirilən neft transferləri dayandırılıb.

Bu barədə Səudiyyə Ərəbistanı Enerji, Sənaye və Mədən qaynaqları naziri Halid Bin Abduləziz el-Faleh məlumat verib. O bildirib ki, Boğaz üzərindən reallaşdırılan xam neft transferi təhlükəsizlik tam təmin olunanadək dayandırılacaq.

Faleh husilərin gəmilərə yönəlik təhdidlərinin Qırmızı dəniz və Babül-Məndəb boğazındakı beynəlxalq ticarət və dəniz daşımalarına mənfi təsir göstərdiyini qeyd edib.

Qeyd edək ki, Səudiyyə Ərəbəistanı beynəlxalq neft və qaz şirkəti “ARAMCO” da Babül-Məndəb boğazında vəziyyət stabilləşənədək bütün neft nəqlini təcili və müvəqqəti dayandırıdığını açıqlayıb. (seanews.az)

Eləcə də bax: Bakının iki ən problemli marşrut xətti birləşdirilərək "BakuBus"-a verildi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256