NƏQLİYYAT

Azərbaycandan hansı ölkələrə GƏMİ İLƏ səyahət etmək olar? – FOTO
26 İYUL
439

Azərbaycandan hansı ölkələrə GƏMİ İLƏ səyahət etmək olar? – FOTO

2018-07-26 16:10:00

Hazırda Azərbaycanın Bakı və Ələt limanlarından gəmi ilə sərnişin daşınması həyata keçirilir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Mətbuat katibi Mehman Mehdiyev Fins.az-a bildirib ki, yaxın vaxtlarda sərnişin daşınması üçün yalnız Ələt limanından istifadə ediləcək. Mehman Mehdiyevin bildirdiyinə görə, hazırda Azərbaycandan Qazaxıstan istiqamətində Aktau limanına,  Tükmənistan istiqamətində isə, Türkmənbaşı limanına sərnişin daşınır. Yaxın gələcəkdə, Azərbaycandan Qazaxıstanın Kurık limanına da gəmi ilə sərnişin daşımaq mümkün olacaq.

Sərnişin biletlərinin satışı yalnız ABŞ dolları ilə aparılır. Biletlərin qiyməti Türkmənistan istiqamətində 50-60 dollar arası, Qazaxıstan istiqamətində isə, 70-80 dollar arasında dəyişir. Ödəniş Azərbaycan milli bankının həmin günə olan məzənnəsi ilə həyata keçirilə bilər. Qidalanma biletə daxildir. Sərnişinlər Azərbaycandan bileti bir istiqamətdə Xəzər Dəniz Gəmiçiliyi QSC-nin  internet səhifəsindən online da əldə edə bilərlər.

 https://public.acsc.az/online/payment/index/az/  

M.Mehdiyev gəmilərin hərəkət qrafikinin hava şəraitindən aslı olaraq dəyişdiyini qeyd edib: “Digər nəqliyyatlarda olduğu kimi konkret tarixlər qeyd etmək qeyri—mümkündür. Lakin növbəti gəmi təyin edilən kimi bu barədə yola çıxmaq üçün əvvəlcədən kassalara müraciət etmiş sərnişinlərə məlumat verilir”.

Cəfər Talıb

Eləcə də bax: Bakının iki ən problemli marşrut xətti birləşdirilərək "BakuBus"-a verildi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256