NƏQLİYYAT

Dəmir yolu ilə 1,2 milyondan çox sərnişin daşınıb
25 İYUL
109

Dəmir yolu ilə 1,2 milyondan çox sərnişin daşınıb

2018-07-25 09:39:00

2018-cı ilin yanvar-iyun aylarında dəmir yolu nəqliyyatı ilə 1277,4 min sərnişin daşınıb. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınmasında 6,1 faiz artım müşahidə olunub.

Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 334 vaqon yüklənib, 396 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 12,4 min ton, qərb istiqaməti üzrə 4,9 min ton, cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Eləcə də bax: Bakının iki ən problemli marşrut xətti birləşdirilərək "BakuBus"-a verildi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256