NƏQLİYYAT

Bakıda yol çökən ərazidən NECƏ KEÇMƏK OLAR?
23 İYUL
112

Bakıda yol çökən ərazidən NECƏ KEÇMƏK OLAR?

2018-07-23 11:41:00

Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinin əsas hissəsində metro tikintisi ilə əlaqədar bağlanaraq alternativ salınmış müvəqqəti yolun çökmüş hissəsinin bərpası aparılaraq yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, müvəqqəti alternativ yol artıq sürücülərin istifadəsinə verilib.

Müvəqqəti alternativ yolun altında aşkarlanan və söküntüsü yarımçıq aparılmış binanın iki mərtəbəli zirzəmisinin mərtəbələrarası hissəsi sökülüb. Əks-dolğu işləri aparılıb. Yeni yol yatağı və yol əsası inşa edilərək, asfaltlanma işləri görülüb.

Eləcə də bax: Bakının iki ən problemli marşrut xətti birləşdirilərək "BakuBus"-a verildi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254