NƏQLİYYAT

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin yenidən qurulması işlərinə başlanılacaq
19 İYUL
348

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin yenidən qurulması işlərinə başlanılacaq

2018-07-19 19:16:00

"Sentyabrdan Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin yenidən qurulması işlərinə başlanılacaq". Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli İTV-yə bildirib ki, Bakının ətraf kənd və qəsəbələrində 7 ünvanda kiçik nəqliyyat mübadilə mərkəzinin yaradılması planlaşdırılır. Onun sözlərinə görə, Nəqliyyat Mübadilə Mərkəzləri eyni zamanda kimi fövqəladə hallar zamanı artan sərnişin axınının idarə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İdarə heyətinin sədri qeyd edib ki,  Mübadilə Mərkəzləri daha da təkmilləşdirəcək: "Beynəlxalq təcrübəyə əsasən böyük dayanacaqlar tikiləcək. Dayanacaqların içərisində həm kitabxana, həm təcili tibbi yardım yeri, həm vətəndaşların gündəlik tələblərinə uyğun vasitələr olacaq”.

Vüsal Kərimli əlavə edib ki, sentyabr ayında Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində yenidənqurma işlərinə başlanılacaq: "Orada sadəcə dayanacaq yox, vətəndaşların vaxt keçirdiyi yerlərdə onların rahatlığı üçün uyğun şərait yaradılacaq. Mənim ən çox istədiyim məqam kitabxanadır. Mən həm avtobuslarda bunu istəyirəm, həmçinin dayanacaqlarda planlaşdırırıq ki, Nəqliyyat Mübadilə Mərkəzilərində kitab rəfləri olsun.  İnsanlarımız artıq virtual dünyadan çıxıb bir az kitabla ünsiyyətdə olsunlar. Həm də maarifləndirici işlər bunun əsas amillərindən biridir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256