NƏQLİYYAT

Azərbaycanda yük daşımalarının həcmi 1% artıb
19 İYUL
205

Azərbaycanda yük daşımalarının həcmi 1% artıb

2018-07-19 13:57:00

018-ci ilin I yarısında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 110 mln. 237 min ton təşkil edib. Bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 1% çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Yük daşımalarının strukturunda 81,4% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 18,6% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, 2018-ci ilin I yarısında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% artıb.

Hesabat dövründə dəmir yolu ilə 6 mln. 693,8 ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb. Bu da 2017-ci ilin I yarısının göstəricisindən 7,2% azdır. Dəniz nəqliyyatı ilə 4 mln. 292,8 min ton (artım 9%), avtomobil nəqliyyatı ilə 70 mln. 463,7 min ton (artım 2,7%), hava nəqliyyatı ilə 102,9 min ton (artım 33,6%) müxtəlif yük daşınıb.

Hesabat dövründə daxili neft kəmərləri vasitəsilə 20 mln. 340,3 min ton neft (azalma 3,4%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb. (İnterfax)

Eləcə də bax: Bakının iki ən problemli marşrut xətti birləşdirilərək "BakuBus"-a verildi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256