NƏQLİYYAT

Muğan və Qarasu stansiyalarında yeni yoldəyişənlər quraşdırılır
18 İYUL
137

Muğan və Qarasu stansiyalarında yeni yoldəyişənlər quraşdırılır

2018-07-18 11:56:00

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 180 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Muğan və Qarasu  stansiyalarında 6 ədəd yeni yoldəyişən qurğu quraşdırılır.  İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin kollektivi həyata keçirir.

Eləcə də bax: Bakının iki ən problemli marşrut xətti birləşdirilərək "BakuBus"-a verildi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259