NƏQLİYYAT

Transxəzər marşutu üzrə əmtəə dövriyyəsi 2020-ci ildə xeyli artacaq
17 İYUL
256

Transxəzər marşutu üzrə əmtəə dövriyyəsi 2020-ci ildə xeyli artacaq

2018-07-17 15:54:00

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) regionunda əmtəə dövriyyəsinin artım potensialı 2020-ci il üçün 646-922 milyard dollar təşkil edir ki, bu da yük potensialında 300 min konteynerə bərabərdir. Bu barədə Qazaxıstan Dəmir Yollarının İdarə heyəti sədrinin müavini Maksat Kabaşev deyib. Onun sözlərinə görə, marşruta istiqamətlənən yük bazasını Avropa, Çin və Türkiyə ticarət tərəfdaşlarının bazarları təmsil edir:

“Marşrutun səmərəliliyi yük axınının artması, həmçinin gələcəkdə Marmaray yük tunelinin istifadə edilməsi və Avropanın Pan-Avropa dəhlizləri sisteminə qoşulmaqla artacaq. Dəmir yolu qatarlarının İstanbula birbaşa çıxışını təmin etmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi başa çatdıqdan sonra Mersin limanına gələn ilk qatar Qazaxıstan taxılını gətirib. 2018-ci ilin yanvarından iyununadək sözügedən marşrutla Qazaxıstanın 1073 konteynerlik taxıl yükləri daşınıb”.

M.Kabaşev qeyd edib ki, Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mərkəzi hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun tarixi əhəmiyyətini yüksək qiymətləndirir: “Transxəzər marşrutu tarixi Böyük İpək Yolu ticarət marşrutunun varisidir. Qazaxıstan-Bakı-Tbilisi-Qars, gözlənildiyi kimi, avtomobil nəqliyyatı və Qara dəniz vasitəsilə dəniz yoluna əlavə olaraq Qazaxıstan və Türkiyə arasında ixrac, idxal və tranzit yüklərin nəqli imkanlarının gələcəkdə daha da artmasına səbəb olacaq”. (Trend)

Eləcə də bax: Bakının iki ən problemli marşrut xətti birləşdirilərək "BakuBus"-a verildi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259