NƏQLİYYAT

Yeni açılacaq 7A və 7B marşrut xətləri necə işləyəcək?
16 İYUL
683

Yeni açılacaq 7A və 7B marşrut xətləri necə işləyəcək?

2018-07-16 10:56:00

Yaxın vaxtlarda fəaliyyətə başlayacaq 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi-“Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal Məhəmməd Xiyabani küçəsi-“Əhmədli” metrostansiyası) marşrut xətləri boyunca sərnişinlərin rahatlığı üçün zəruri infrastruktunun yaradılması işləri davam etdirilir. Bu çərçivədə sərnişinlərin BakıKart əldə etməsi eyni zamanda balansı artırmaq üçün 8 dayancaq məntəqəsində ödəmə terminalları qoyulub. Marşrut xətləri boyunca 15 yeni dayanacaq məntəqəsi də müəyyən edilib ki, hazırda onların müvafiq qaydada nişanlanması işləri aparılır.

Xatırladaq ki, 20 və 94 nömrəli müntəzəm marşrut xətləri müsabiqə yolu ilə birləşdirilərək sərnişindaşıma işinin təşkili “BakuBus” MMC-yə həvalə edilib. Qeyd edilən marşrut xətlərinin fəaliyyəti 7A və 7B olmaqla müasir və komfortlu avtobuslarla təşkil ediləcək.

Eləcə də bax: Bakı-Sumqayıt yolundan XƏBƏR var

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255