NƏQLİYYAT

Çökən yolun altında tunel tipli boşluq aşkarlandı - FOTO
16 İYUL
167

Çökən yolun altında tunel tipli boşluq aşkarlandı - FOTO

2018-07-16 10:01:00

“Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı təqribən yol səthindən 5-6 metr dərinlikdə tunel tipli boşluq aşkarlanıb”. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli feysbuk səhifəsində məlumat paylaşıb.

“Ehtimal olunur ki, bu, ərazidə əvvəllər mövcud olmuş, sonradan söküntüsü yarımçıq həyata keçirilmiş binanın divarlarıdır. Yolun çökməsinin səbəbi də məhz torpaq qatının həmin boşluğa çökməsidir. Ətraflı bununla bağlı sabah məlumat veriləcək”, - deyə qurum rəsmisi bildirib.

Eləcə də bax: Bakı-Sumqayıt yolundan XƏBƏR var

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253