NƏQLİYYAT

Azərbaycanda daha bir avtomobil yolu YENİDƏN QURULUR - FOTO - VİDEO
13 İYUL
152

Azərbaycanda daha bir avtomobil yolu YENİDƏN QURULUR - FOTO - VİDEO

2018-07-13 10:18:00

Hazırda respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə uyğun olaraq bu gün əsas diqqət kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Belə layihələrdən biri də Kəbirli-Eyvazallar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Beyləqan rayonu ərazisində Kəbirli-Eyvazallar-Birinci Aşıqlı-Əlinəzərli marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən 39.4 km-lik avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.

Beyləqan rayonunun  bir neçə yaşayış məntəqəsini birləşdirən  sözügedən avtomobil yolu uzun müddət istismar nəticəsində  deformasiyaya uğramış ,yol örtüyü dağılmış ,çox sayda  çalalar və  çökmələr əmələ gəlmişdir. Bu üzdən yolun əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi.

Tikinti layihəsinə uyğun olaraq 6 min kub.m həcmdə  yararsız örtüyün  və yol geyiminin, həmçinin torpaq  yatağının  79 min kub.m  həcmdə  yararsız hissəsi qazılaraq  çıxarılıb. Daha sonra  karxana çınqılı materialından 108 min kub.m həcmdə torpaq yatağının  bərpası  və qazılmış hissələrin  doldurulması işləri aparılıb. Torpaq işləri aparılan hissələr avtoqreyderlə profilə salınıb və kipləşdirilib.

Mövcud suötürücü borular  və boruların başlıq hissələri  dağıldığından müxtəlif diametrlərdə 93 ədəd 1028 paqon-metr uzunluğunda yeni metal və dəmir-beton boruların quraşdırılaraq başlıqlarının dəmir-betonla tikintisi işləri aparılıb.

Texnoloji ardıcıllığa uyğun olaraq 425 min kv.m sahədə yeni yol əsasınin inşası işlərinə başlanlıb. Qum-qırmadaş qarışığından 30 sm hündürlükdə əsasın alt layının tikintisi aparılaraq yekunlaşdırılıb. Hazırda optimal çınqıl qarışığından istifadı edilməklə 15 sm hündürlükdə əsasın alt layının tikintisi aparılır.

Yol əsası hazır olan hissələrin isə paralel olaraq asfaltlanması işləri də görülür. Belə ki, 235 min kv.m sahədə 12 sm hündürlükdə iri və xırda dənəli asfalt beton qarışığından istifadə olunmaqla örtüyün alt və üst layı inşa edilir.

Layihəyə uyğun olaraq 11 min kv m sahədə  yol birləşmələrinin təmiri, 54 kub.m həcmdə səkilərin yararsız  hala düşmüş  hissələrinin bərpası, 148 kv.m körpülərin sıradan çıxmış məhəccərlərinin yenilənməsi işləri də görülür.

Asfaltlanma işləri bitən kimi yol  boyu  avtonəqliyyat vasitələrinin  normal hərəkətinin təmin etmək  məqsədilə 170 ədəd yol nişanlarının, 8 ədəd avtobus dayanacağının, 40 ədəd km göstəricisinin və 1520 ədəd  siqnal dirəklərinin  quraşdırılması  nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında 22 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini əhatə edən Kəbirli-Eyvazallar-Birinci Aşıqlı-Əlinəzərli marşrutu üzrə yolların yenidən qurulması işlərinin payız aylarında yekunlaşdırılması nəzərdə tutulub.

Eləcə də bax: Bakı-Sumqayıt yolundan XƏBƏR var

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258