NƏQLİYYAT

Sabunçu-Zabrat yolunda daha sıxlıq olmayacaq
11 İYUL
1703

Sabunçu-Zabrat yolunda daha sıxlıq olmayacaq

2018-07-11 12:37:00

Sabunçu-Zabrat yolunda nəqliyyat sıxlığından əziyyət çəkən şəxslərə şad xəbər var. Belə ki, BNA bu yolda hərəkətə mane olan halların aradan qaldırılmasına başlayıb. 

Paytaxt yollarında tıxac və digər problemlərin həlli istiqamətində layihələrin icrası davam etdirilir. Bu çərçivədə Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında işlərə başlanılıb. Bu məqsədlə, yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil ediləcək. Bununla da günün pik saatlarında qeyd edilən yolda nəqliyyatın hərəkətində müşahidə edilən tıxacın aradan qaldırılması və sərnişinlərinin rahatlığının, eləcə də təhlükəsizliyinin təmin edilməsi mümkün olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258