NƏQLİYYAT

“166”-dan müştərilərə vacib təklif gəldi
09 İYUL
158

“166”-dan müştərilərə vacib təklif gəldi

2018-07-09 17:07:00

166 Yükdaşıma və Logistika Şirkəti müştəriləri koorperativ əməkdaşlığa dəvət edir. Fins.az xəbər verir ki, hazırda şirkət 500-dən çox korporativ müştəriyə sahibdir. Aparılan sorğuya əsasən korporantların 98.3 faizi xidmətləri başqalarına məsləhət gördüklərini bildirib. Şirkət əməkdaşları hər bir korporanta fərdi yanaşıldığını və ehtiyaclara uyğun xidmət paketi təklif etdiklərini bildirir. Müştərinin ehtiyacına uyğun yük maşınları, qiymət təklifi, daşınma saatları müəyyənləşdirilir. Həmçinin ödəmələr nağd, köçürmə və onlayn ödəniş vasitəsilə həyata keçirilir. Nəzərə çatdırılmalı vacib məqamlardan biri isə korporativ müştərilərlə işləyən xüsusi şöbənin fəaliyyət göstərməsidir. Göstərilən bütün xidmətlər üzrə şirkət tərəfindən təhlükəsizlik və xidmət keyfiyyətinə dair zəmanət verilir. Korporativ təkliflərə aşağıdakılar daxildir:

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

  • 24/7 xidmət
  • Sərfəli qiymət
  • Onlayn ödəniş imkanı
  • Yüklərin onlayn rejimdə izlənməsi
  • GPS nəzarət sistemi
  • Avtomatlaşdırılmış Logistik Optimallaşdırma Sistemi
  • Fərdi ehtiyaclara uyğun xidmətlərin təşkili
  • Geniş avtomobil parkı
  • Funksional və gigiyenik qaydaya uyğun avtomobillər
  • Keyfiyyət nəzarət sistemi
  • Korporativ üzvlük sistemi
  • Ölkədaxili və Beynəlxalq daşınmalar

166 Yükdaşıma və Logistika şirkəti daşınma və kompleks xidmətləri ilə öz sahəsində aparıcı şirkətlərdəndir. Korporativ əməkdaşlıq şirkətin xüsusi diqqət yetirdiyi sahələrdən biridir və qarşılıqlı mənafeyə əsaslanan işbirliyinin qurulmasında maraqlıdır. Şirkət xidmət və təklif paketinin müxtəlifliyi ilə seçilir. Yüksək keyfiyyəti və operativliyi ilə seçilən 166 Yük Taksisi fəaliyyətə başladığı vaxtdan 2 dəfə “İlin şirkəti” nominasiyasında qalib olması da təsadüfi deyil. Belə ki, şirkət ölkəmizdə keçirilən bir çox beynəlxalq və dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsində iştirak edib. Bunlara “Baku2015", “İslam həmrəyliyi oyunları”, “Formula-1” və digər tədbirlər daxildir. Həmçinin xidmət fəaliyyətləri sadəcə ölkədaxili deyil beynəlxalq sferada həyata keçirilir.   

Qeyd edək ki, 166 Yük Taksisi sadəcə şirkətlərə deyil, həmçinin kiçik və orta biznes sahəsində fəaliyyət göstərən fərdi sahibkarlara da xidmət göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270