NƏQLİYYAT

Bakı Beynəlxalq Avtovağzal Kompleksində dəyişikliklər olacaq
02 İYUL
511

Bakı Beynəlxalq Avtovağzal Kompleksində dəyişikliklər olacaq

2018-07-02 17:29:00

"Bakı Beynəlxalq Avtovağzal Kompleksində perronlar yaradılacaq". Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, bu işlər "Avtomobil Nəqliyyatı - Yeni Tənzimləmə Konsepsiyası" çərçivəsində həyata keçiriləcək. 

"Hazırda avtovağzalda piyada axını ilə nəqliyyat axını üst-üstə düşür. Bu, həddindən artıq təhlükəli vəziyyətdir. Orada həm şəhərlərarasl, həm də Sumqayıt istiqamətində hərəkər edən avtobuslar üçün perronlar yaradılaraq ki, hər bir axının ayrıca istiqaməti olsun, sərnişinlər yerüstü piyada keçidindən istifadə etməyə ehtiyac duymasın. Əsas məqsəd sıxlığın aradan qaldırılmasıdır", - deyə o, qeyd edib. (Report.az)

Eləcə də bax: Bu yola 2 laydan ibarət 12 sm qalınlığında asvalt-beton döşənəcək - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258