NƏQLİYYAT

Gəmiçilik son 4 il ərzində 473 milyon manat kapital qoyuluşu həyata keçirib
25 İYUN
166

Gəmiçilik son 4 il ərzində 473 milyon manat kapital qoyuluşu həyata keçirib

2018-06-25 15:29:00

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi son 4 il ərzində 473 milyon manat kapital qoyuluşu həyata keçirib. Bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (AXDG) sədri Rauf Vəliyev "Dənizçi Günü" ilə bağlı keçirilən tədbirdə deyib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

O bildirib ki, AXDG 4 il müddətində davamlı olaraq öz mənfəətini artıran şirkətdir. Gəmiçiliyin mənfəətlilik dərəcəsi 20 faizdən yuxarıdır və 2015-ci ildən 2017-ci ilə kimi şirkətin kapitallaşması 310 milyon manat artıb.

R.Vəliyev qeyd edib ki, QSC 1 milyard manata yaxın dəyəri olan şirkətdir və son 4 ildə 473 milyon manat kapital qoyuluşu edib. Bu kapital qoyuluşunun 99 faizini öz qazancı hesabına həyata keçirib.

Eləcə də bax: Kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq YOL tikilir - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273