NƏQLİYYAT

Bu yola 2 laydan ibarət 12 sm qalınlığında asvalt-beton döşənəcək - FOTO - VİDEO
25 İYUN
1925

Bu yola 2 laydan ibarət 12 sm qalınlığında asvalt-beton döşənəcək - FOTO - VİDEO

2018-06-25 09:52:00

Regionların inkişafı Dövlət proqramlarına uyğun olaraq, son illərdə yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər kənd yollarının yenidən qurulmasını da geniş əhatə edir. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə uyğun olaraq kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmiri və yenidən qurulması işləri həyata keçirilir. Belə layihələrdən biri də Qobustan rayonunun  Qobustan-Poladlı  avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasıdır.

Qobustan-Poladlı  avtomobil yolu 4-cü texniki dərəcəlidir. Yolun eni və uzunu tikinti norma və standartlara uyğun deyildir. Bu üzdən torpaq işlərinin  yerinə yetirilməsi tələb olunurdu. Bundan başqa texnoloji ardıcıllıqla  bütün yolda  yeni yol geyiminin tikilməsi  zərurəti yaranmışdır. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun yenidən qurulması işlərinə start verib.

Yolun ümumi uzunluğu 14.5 km-dir. Yenidənqurma işləri çərçivəsində sözügedən  yol boyu torpaq yatağının yararsız qruntu 125 min kub.m həcmdə qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir, 49 min kub.m həcmdə çınqıl-qum qarışığından yol geyiminin hamarlayıcı layı inşa olunur.

Texnoloji ardıcıllığa uyğun olaraq bu işlərin ardınca 154 min kv.m sahədə yol əsasın alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılacaq. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 87 min kv.m sahəni əhatə edəcək.

Layihə çərçivəsində 58 min kv.m sahədə optimal çınqıl-qum qarışığından 12 sm qalınlığında bərkidilməsi, həmçinin 12 ədəd giriş-çıxış yolunun təmiri işləri aparılacaq. Yol boyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, diametri 1 metr olan 7 ədəd yeni boruların quraşdırılması da nəzərdə tutulub.

Tikinti işlərinin sonuncu  mərhələsində hərəkətin normal təşkili üçün  sadalanan yol boyu  72 ədəd yol nişanı və məlumatverici lövhə, 15 km göstəricisi, 580  ədəd siqnal  dirəkləri quraşdırılacaq, 43 km uzunluqda üfiqi nişanlanma xətləri çəkiləcək.

Qobustan-Poladlı yolu sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək. Avtomobil yolu 5 min əhainin yaşadığı 6 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

Eləcə də bax: Kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq YOL tikilir - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256