NƏQLİYYAT

Zəyəm və Böyük Kəsik stansiyalarının baş yolları əsaslı təmir olunur
22 İYUN
166

Zəyəm və Böyük Kəsik stansiyalarının baş yolları əsaslı təmir olunur

2018-06-22 15:28:00

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.
Bu gündən etibarən Zəyəm və Böyük Kəsik stansiyalarında 2 km uzunluğunda baş yollarının əsaslı təmirinə başlanılıb. Təmir işləri 3 gün davam edəcək.
Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.
Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 526 km dəmir yolu əsaslı təmir olunub.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Eləcə də bax: Kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq YOL tikilir - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273