NƏQLİYYAT

Dəmir yolunun Qobustan və Hacıqabul stansiyalarında yeni yoldəyişənlər quraşdırılır
21 İYUN
168

Dəmir yolunun Qobustan və Hacıqabul stansiyalarında yeni yoldəyişənlər quraşdırılır

2018-06-21 11:37:00

Dəmir yolunun Qobustan və Hacıqabul stansiyalarında yeni yoldəyişənlər quraşdırılır. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 2016-cı il sentyabrın 9-da quraşdırılıb və bu günə kimi 170 yoldəyişən yenisi ilə əvəz olunub. Hazırda Qobustan və Hacıqabul stansiyalarında 4 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Eləcə də bax: Kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq YOL tikilir - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256