NƏQLİYYAT

İki ÖLKƏNİ birləşdirəcək metro xətti tikilir
20 İYUN
286

İki ÖLKƏNİ birləşdirəcək metro xətti tikilir

2018-06-20 09:12:00

Danimarka və İsveç iki ölkəni bir-birinə bağlayacaq metro xətti üçün düyməyə basıb. Yeraltı xətt Danimarkanın paytaxtı Kopenhagen və İsveçin cənub sahilərində yerləşən liman şəhəri Malmönü əlaqələndirəcək.

Skandinaviya rəsmilərinin “yuxu” olaraq dəyərləndirdikləri layihə Danimarka-İsveç arasında hazırkı məsafəni yarıya endirəcək. Metro xətti iki ölkə arasında ən uzun məsafəni 23 dəqiqəyədək azaldacaq.

2035-ci ildə bitirilməsi planlaşdırılan layihə yalnız məsafəni qısaltmayacaq, yeni iş imkanları təmin edəcək, investisiyaların həcmini artıracaq və ən başlıcası, Skandinaviyanın Avropada mövqeyini gücləndirəcək.

Hesablamaya görə, layihə 4 milyard avroya başa gələcək. Qeyd edək ki, hazırda İsveç ilə Danimarka arasında avtomobil və dəmiryol əlaqəsi Eresunn körpüsü vasitəsilə həyata keçirilir. Yeni metro xətti bu körpüdən və Eresun körfəzindən keçəcək. (Seanews.az)

Eləcə də bax: Kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq YOL tikilir - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255