NƏQLİYYAT

Bakı metrosu bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
14 İYUN
264

Bakı metrosu bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

2018-06-14 11:05:00

"Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq. QSC-dən verilən məlumata görə, "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov Ramazan bayramı və 15 İyun - Milli Qurtuluş Günü münasibətilə elan edilmiş 5 qeyri-iş günü ərzində gücləndirilmiş iş rejiminin tətbiqi ilə bağlı əmr imzalayıb.

“Əmrlə bütün struktur vahidlərinin rəhbərlərinin qarşısına konkret vəzifələr qoyulub, həmçinin bayram günlərində əlavə növbətçiliklərin təşkili və zərurət yarandığı halda, ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.

Eləcə də bax: Kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq YOL tikilir - FOTO - VİDEO

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257