NƏQLİYYAT

Gürcüstan və İran istiqamətindəki dəmir yolunda skanerlər quraşdırılır
13 İYUN
319

Gürcüstan və İran istiqamətindəki dəmir yolunda skanerlər quraşdırılır

2018-06-13 13:32:00

"Gürcüstan və İran istiqamətində olan dəmir yolunda skanerlərin quraşdırılması işləri yekunlaşmaq üzrədir". Bunu Dövlət Gömrük Nəzarətinin Təşkili Baş idarəsi rəisinin müavini Səməd Qaralov deyib.

O bildirib ki, İran və Gürcüstan istiqamətində olan dəmir yollarında istifadəyə veriləcək skanerlər ölkəyə gətirilən malların sürətli yoxlanılmasına şərait yaradacaq:

"Rusiya istiqamətində dəmir yolunda skanerlər artıq quraşdırılıb. İran və Gürcüstan istiqamətində isə yekun işlər görülür. Hələ ki, dəqiq vaxtı məlum deyil. Amma yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur. Dəmir yolu skanerləri ilə qatarların hərəkətini dayandırmadan malların sürətli yoxlanılması həyata keçiriləcək".

Eləcə də bax: Kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq YOL tikilir - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250