NƏQLİYYAT

"BakuBus"un avtobuslarının yollarda qarşılaşdığı QORXUNC ANLAR - VİDEO
13 İYUN
351

"BakuBus"un avtobuslarının yollarda qarşılaşdığı QORXUNC ANLAR - VİDEO

2018-06-13 13:06:00

“BakuBus” MMC avtobuslarının yoluna çıxan avtomobillərin yaratdığı təhlükəli vəziyyətlərlə bağlı görüntülər yayıb. MMC-dən verilən məlumata görə, bəzi sürücülərin idarə etdikləri nəqliyyat vasitələrini “BakuBus” MMC-yə məxsus avtobusların yoluna çıxararaq təhlükəli vəziyyətlər yaratması narahatlıq doğurur.

“BakuBus” MMC-yə məxsus avtobusları idarə edən sürücülər digər nəqliyyat vasitələri sürücülərinin yol-hərəkət qaydalarını pozması nəticəsində yaranan təhlükəli vəziyyətlər zamanı qəzalardan yayınmaq məqsədilə əyləcdən istifadə etmək məcburiyyətində qalır. Bu hal isə sərnişinlərdə narahatlıq yaradır və onlar “BakuBus” MMC-yə müraciət edirlər.

“BakuBus” MMC-yə sərnişin tərəfindən edilən müraciətin araşdırılması zamanı məlum olub ki, 24 may 2018-ci il tarixində saat 12:37-də Hüseyn Cavid prospektində 3 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun qarşısına qəflətən minik avtomobili çıxıb. Baş verə biləcək qəzadan yayınmaq üçün avtobusun sürücüsü əyləcdən istifadə etmək məcburiyyətində qalıb. Bu zaman avtobusda olan bəzi sərnişinlər yıxılıb.

Həmçinin, 29 may 2018-ci il tarixində saat 09:37-də 5 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusla bağlı Rəşid Behbudov küçəsində oxşar hadisə baş verib.

“BakuBus” MMC bütün sürücüləri yol-hərəkət qaydalarına əməl etməyə, idarə etdikləri nəqliyyat vasitələrini avtobusların hərəkət zolağına çıxarmamağa və təhlükəli vəziyyətlər yaratmamağa çağırır”.

Eləcə də bax: Kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq YOL tikilir - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257