NƏQLİYYAT

Azərbaycanda sərnişin və yük daşımalarından vergi tutulması qaydaları dəyişdiriləcək
11 İYUN
205

Azərbaycanda sərnişin və yük daşımalarından vergi tutulması qaydaları dəyişdiriləcək

2018-06-11 14:31:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişin və yük daşımaların vergi tutulması mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi ilə məsləhətləşmələr aparır. Bunu Dövlət Xidmətinin rəisi Həbib Həsənov deyib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Onun sözlərinə görə, bu sahədə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə vergilərin tam məbləğdə və vaxtında yığılması, vergidən yayınma hallarına qarşı nəzarətin gücləndirilməsi nəzərdə tutulur. 

Bundan başqa, H.Həsənov qeyd edib ki, avtonəqliyyat vasitələri parkının yenilənməsi və növbəti beş il ərzində avtomobillərin orta istismar müddətinin təxminən 10 ilə endirilməsi məqsədilə kompleks tədbirlər planı hazırlanıb. 

O, həmçinin əlavə edib ki, yerli daşıyıcılar beynəlxalq sərnişin daşımalarını 2 000 avtonəqliyyat vasitəsi ilə həyata keçirir.  Onlardan 1 239-u müasir tələblərə cavab verir. (Report.az)

Eləcə də bax: Kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq YOL tikilir - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269