NƏQLİYYAT

Bakının 11 əsas yolunda parklanma ləğv ediləcək
11 İYUN
228

Bakının 11 əsas yolunda parklanma ləğv ediləcək

2018-06-11 13:39:00

Bakının 11 əsas yolunda parklanma ləğv ediləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistika 2018), VIII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (Road&Traffic 2018) sərgilərində jurnalistlərə açıqlamasında deyib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

O bildirib ki, BNA mütəxəssisləri tərəfindən Bakının yollarında tıxac səbəbləri təhlil edilib, araşdırmalar aparılıb. Təhlillər nəticəsində məlum olub ki, tıxacların baş verdiyi əsas 11 yol nəqliyyatın hərəkəti üçün standartlara cavab verir və geniş yollardır. Həmin yollarda tıxacların yaranma səbəbi qeyri-qanuni parklanmadır.

M.Ağayev qeyd edib ki, yay aylarında paytaxtın küçələrində nəqliyyatın intensivliyinin azalması əsas götürülərək, bu 11 yolda parklanma ləğv ediləcək.

Eləcə də bax: Kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq YOL tikilir - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269