NƏQLİYYAT

Metronun "Sahil" Stansiyasında nələr dəyişib?
07 İYUN
325

Metronun "Sahil" Stansiyasında nələr dəyişib?

2018-06-07 13:13:00

"1967-ci il noyabr ayının 6-da Bakı Metropoliteninin istifadəyə verilən ilk sahəsinin 5 stansiyasından biri olan "Sahil" stansiyasının eskalatorları 50 illik istismar müddətini başa vurmuşdu. Buna görə bir giriş-çıxışı olan stansiyanın bağlanması və sərnişindaşıma prosesindən təcrid olunması qaçılmaz idi". Bunu "Bakı Metropoliteni" ASC-nin sədrinin müavini Hidayət Məmmədov “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı açılışda deyib.

O bildirib ki, təmir müddətində stansiyada quraşdırılmış "LT-3" tipli 3 eskalator sökülərək, yerində Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin istehsalı olan "Viktoriya" tipli 4 eskalator quraşdırılıb. Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiya əsaslı təmir olunub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənib. Eyni zamanda, bir problem yaranarsa, sərnişinlərin təxliyyəsində də eskalatorların çoxluğu köməklik göstərəcək". (Publika.az)

Eləcə də bax: Bakıda hərəkətə mane olan yerlərdə parklanma qadağan ediləcək - RƏSMİ AÇIQLAMA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256