NƏQLİYYAT

"Xətai" metrostansiyası nə vaxt bağlanacaq?
07 İYUN
731

"Xətai" metrostansiyası nə vaxt bağlanacaq?

2018-06-07 13:49:00

Bakı Metropoliteni "Xətai" stansiyasının təmirə bağlanacağı vaxtı açıqlayıb. Qurumun sədr müavini Hidayət Məmmədovun sözlərinə görə, stansiya qarşıdakı 3 ayda təmirə bağlanmayacaq:

"Bildiyiniz kimi "Xətai" stansiyasının bir hissəsində artıq təmir işləri aparılıb. Lakin "Sahil" stansiyası kimi bu stansiyanın da eskalatorlarının dəyişdirilməsinə zərurət var. Bu səbəbdən "Xətai" stansiyası da təmir işlərinə görə bağlanmalıdır. Hələ tam dəqiq vaxtı müəyyənləşməsə də, "Xətai" stansiyasını payız aylarında (oktyabr-noyabr) təmirə bağlanması planlaşdırılır. Bu barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək".

H.Məmmədov bildirib ki, "Bakmil" stansiyasında isə təmir işləri aparılsa da, stansiyanın fəaliyyəti dayandırılmayacaq:

"Mümkün mərtəbə stansiyanın fəaliyyətini dayandırmadan bütün işləri yekunlaşdırmağa çalışacağıq. Metronun əsas vəzifəsi sərnişinlərin təhlükəsiz şəkildə daşınmasına xidmət etməkdir". (Publika.az)

Eləcə də bax: Bakıda hərəkətə mane olan yerlərdə parklanma qadağan ediləcək - RƏSMİ AÇIQLAMA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257