NƏQLİYYAT

Azərbaycan dünyada 36-cı oldu
04 İYUN
224

Azərbaycan dünyada 36-cı oldu

2018-06-04 11:10:00

2017-2018-ci illər Qlobal rəqabət qabiliyyətlilik indeksi versiyası üzrə ən yaxşı və pis yol infransturkuruna malik ölkələrin siyahısı tərtib olunub. Siyahıya 137 ölkə daxil edilib. Yolların keyfiyyəti 1-7 bal üzrə qiymətləndirilir, bununla belə heç bir ölkə ən yüksək bal toplaya bilməyib.

Ən pis yol infrastrukturuna malik ölkə Mavritaniya olub. Bu ölkəyə 2 bal verilib. Onun ardınca 2,1 balla Konqo Demokratik Respublikası və Haiti qərarlaşıb. Dördüncü və beşinci yerləri yolları 2,2 bal qiymət alan Madaqaskar və Qvineya tutub. Onların ardınca Yəmən (2,3 bal), Paraqvay (2,4), Ukrayna (2,4), Mozambik (2,5) və Moldova (2,5 bal) gəlir.

Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə siyahıda bir çox dünya və Avropa ölkələrini geridə qoyaraq 36-cı pillədə qərarlaşıb. Ölkənin yolları 4,8 bal səviyyəsində qiymətləndirilib.

Reytinqdə ən yaxşı BƏƏ (6,4 bal), Sinqapur (6,3), İsveçrə (6,3), Honkonq (6,2), Niderland (6,1), Yaponiya (6,1), Fransa (6), Portuqaliya (6), Avstriya (6), həmçinin ABŞ-ın (5,7) yolları ən yaxşı hesab edilib. (Report.az)

Eləcə də bax: Bakıda hərəkətə mane olan yerlərdə parklanma qadağan ediləcək - RƏSMİ AÇIQLAMA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249