NƏQLİYYAT

Mayda “Samur” gömrük məntəqəsindən 30 minədək nəqliyyat vasitəsi keçib
01 İYUN
327

Mayda “Samur” gömrük məntəqəsindən 30 minədək nəqliyyat vasitəsi keçib

2018-06-01 14:27:00

Bu ilin may ayında “Samur” gömrük məntəqsindən ümumilikdə 30 minə yaxın nəqliyyat vasitəsi keçib. Bu barədə Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Samur” Gömrük Postunun rəisi Asim Salmanov deyib.

O bildirib ki, gün ərzində “Samur” gömrük məntəqəsinin idxal və ixrac xəttindən ümumi olaraq 200-250-yə yaxın minik avtomobili yoxlanılır. Həmçinin adı çəkilən xətlərdən keçən yük avtomobillərinin də sayı 200-250-dir.

A.Salmanov qeyd edib ki, idxal və ixrac xətlərinin hər birində eyni vaxtda 3 yük avtomobilini yoxlamaq mümkündür. Bir yük avtomobilinin yoxlanması 15-20 dəqiqə ərzində başa çatır. Bir minik avtomobilinin yoxlanması isə təxminən 5 dəqiqə çəkir.

Eləcə də bax: Bakını tıxaclardan xilas edəcək yol nə vaxt hazır olacaq? - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259