NƏQLİYYAT

Sabah Bakı metrosunu uşaqlar idarə edəcək - FOTOLAR
31 MAY
466

Sabah Bakı metrosunu uşaqlar idarə edəcək - FOTOLAR

2018-05-31 10:42:00

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “3 alma” uşaq klubunun təşəbbüsü və "Bakı Metropoliteni" QSC-nin dəstəyi ilə 1-3 iyun tarixlərində metronun bütün stansiya və vaqonlarında səsləndirmələr uşaqların dilindən olacaq. Elanların həm Azərbaycan, həm də ingilis dilində səsləndirilməsi nəzərdə tutulur. Bakı metropoliteni tarixində ilk dəfə gerçəkləşən bu layihədə Avropa Azərbaycan məktəbinin I-III siniflərində təhsil alan 30-dan çox şagirdlə yanaşı, 2 nəfər məktəbəqədər uşaq da iştirak edib. İştirakçılar arasında Azərbaycan vətəndaşları və əcnəbilər var. Metropoliten sərnişinləri səsləndirmə zamanı balacaların nə qədər həyəcan keçirdiyini və əyləndiyini elanları dinləyərkən hiss edəcəklər. Uşaqların böyük həvəs və zövqlə iştirak etdiyi bu layihənin əsas məqsədi cəmiyyətin diqqətini balacalara yönəltmək, eyni zamanda, onlarda özünə inam və məsuliyyət hissi aşılamaq, bizim üçün nə qədər dəyərli olduqlarını bir daha hiss etdirməkdir. (avtosfer.az)

Eləcə də bax: Bakını tıxaclardan xilas edəcək yol nə vaxt hazır olacaq? - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256