NƏQLİYYAT

Metronun "Sahil" Stansiyası açılır?
30 MAY
1217

Metronun "Sahil" Stansiyası açılır?

2018-05-30 14:50:00

2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun “Sahil” stansiyası açılışa tam hazırdır. Stansiya yolu, yol divarları və orta zalda divarların qranit örtü yenilənib. Hətta stansiyanın divarlarına reklam lövhələri də asılıb. Hazırda “Sahil”də təmirdən sonra təmizlik işləri görülür.

Xatırladaq ki, hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir. Bu səbəbdən də stansiyadan çəkdiyimiz foto effektsizdir. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a faktı təsdiqləsə də, stansiyanın açılacağı tarixi dəqiq deməyib.

Qeyd edək ki, stansiya təmirə bağlanarkən 1 iyul 2018-ci ildə yenidən sərnişinlərin ixtiyarına veriləcəyi açıqlanmışdı. (modern.az)

Eləcə də bax: Bakını tıxaclardan xilas edəcək yol nə vaxt hazır olacaq? - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253