NƏQLİYYAT

Cavid Qurbanov Bakı şəhərətrafı dəmir yolu xəttinin icra vəziyyətini yoxlayıb - FOTOLAR
30 MAY
609

Cavid Qurbanov Bakı şəhərətrafı dəmir yolu xəttinin icra vəziyyətini yoxlayıb - FOTOLAR

2018-05-30 14:20:00

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu il mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncama uyğun olaraq, işlər davam edir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı şəhərətrafı dəmir yolu xəttinin yenidən qurulması işlərinin icra vəziyyəti ilə tanış olmaq üçün Sabunçu stansiyasında olub.

Hazırda Sabunçu stansiyasında yolların və yoldəyişənlərin yenilənməsi, dəmir yolu keçidlərinin (avtomobil yolu ilə kəsişmə) yenidənqurulması, lazımi yerlərdə yerüstü və yeraltı keçidlərin inşası (piyadalar üçün), yolun ətrafının hasarlanması, elektrik təchizatı və işarəvermə ilə rabitə sisteminin gücləndirilməsi, stansiyada binaların və platformaların yenidənqurulması işləri aparılır.

Eyni zamanda  C. Qurbanov polad magistralda görülən işlərlə tanış olmaq üçün Sumqayıt-sərnişin, Biləcəri yuyucu-buxarlayıcı stansiyalarında, Motorlu rels nəqliyyatı, maşın-mexanizmlərin təmiri emalatxanasında olub və yeni texnologiyaların  tətbiqi istiqamətində reallaşdırılan işlərə baxış keçirib.

Eləcə də bax: Bakını tıxaclardan xilas edəcək yol nə vaxt hazır olacaq? - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267