NƏQLİYYAT

“BakuBus”un yeni mətbuat katibi kimdir?
30 MAY
222

“BakuBus”un yeni mətbuat katibi kimdir?

2018-05-30 13:56:00

“BakuBus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub. MMC-dən verilən xəbərə görə, bu vəzifənin icrası jurnalist Qabil Babayevə həvalə olunub. O, bu vəzifədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri təyin edilən Mansur Piriyevi əvəzləyib.

Qabil Babayev 1999-2005-ci illərdə müxtəlif qəzetlərdə müxbir, 2005-2013-cü illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor, böyük redaktor, aparıcı, 2013-2016-cı illərdə “Yevlax Tv” MMC-də (hazırkı ARB Aran Media Şirkəti) baş direktorun informasiya məsələləri üzrə müavini, 2017-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi vəzifələrində çalışıb, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Eləcə də bax: Bakını tıxaclardan xilas edəcək yol nə vaxt hazır olacaq? - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253