NƏQLİYYAT

Azərbaycanın neft və qazının daşınmasında Türkiyənin "Hareket"i - AÇIQLAMA
30 MAY
144

Azərbaycanın neft və qazının daşınmasında Türkiyənin "Hareket"i - AÇIQLAMA

2018-05-30 11:59:00

Türkiyənin "Hareket" şirkəti ölkənin aparıcı korporasiyalarından biri olmaqla, ağır və irihəcmli yüklərin daşınmasını təmin edən sisternlərin istehsalı ilə məşğuldur.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Bu sözləri XXV yubiley Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas 2018” sərgisində şirkərin biznes və marketinq direktoru Gürkan Doğan deyib.

Marketinq rəhbəri bildirib ki, 1957-ci ildə yaranan şirkət Afrikadan Körfəz ölkələrinə, həmçinin Türkmənistan və Özbəkistana ağırtonajlı yüklər daşıyır. Bu sahədə Azərbaycanla da sıx əməkdaşlıq edən şirkət neft-qaz sahəsində mühüm əhəmiyyət daşıyan layihələri həyata keçirir. Başlıca tərəfdaşları isə SOCAR, AZFEN və TEKFEN şirkətləridir.

Bakıda hər il keçirilən neft-qaz sərgisinin daimi iştirakçılarından biri olduğunu söyləyən G.Doğan qeyd edib ki, məqsəd burada yerli və xarici şirkətlərlə iri layihələr həyata keçirmək, işguzar əlaqələr qurmaqdır. (Azərtac)

Eləcə də bax: Bakını tıxaclardan xilas edəcək yol nə vaxt hazır olacaq? - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269