NƏQLİYYAT

Beynəlxalq yükdaşımaları həyata keçirən gəmilər Sinop limanından çıxa bilmir
29 MAY
324

Beynəlxalq yükdaşımaları həyata keçirən gəmilər Sinop limanından çıxa bilmir

2018-05-29 17:33:00

Qara dənizdə əlverişsiz hava şəraiti hökm sürür. Bununla əlaqədar olaraq beynəlxalq yükdaşımalarla məşğul olan gəmilər Sinop limanında lövbər atıblar. Bu barədə Sinop Liman rəhbəri Kazım Alpay məlumat verib. Onun sözlərinə görə, güclü külək səbəbindən yoluna davam edə bilməyən 10-dan çox gəmi hazırda Sinop limanında gözləmə mövqeyindədir. Liman rəhbəri bildirib ki, hava durumundan asılı olaraq lövbər atan gəmilərin sayı arta bilər.

Qeyd edək ki, hazırda açıq dənizdə küəyin sürəti saatda 35-40 kilometrə çatır. (seanews.az)

Eləcə də bax: Bakını tıxaclardan xilas edəcək yol nə vaxt hazır olacaq? - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255