NƏQLİYYAT

Bakıda hansı marşrutlarla çimərliyə getmək olar? - SİYAHI
29 MAY
568

Bakıda hansı marşrutlarla çimərliyə getmək olar? - SİYAHI

2018-05-29 16:50:00

Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 10 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Məqsəd, çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir. Mövsümi xarakterli dəyişikliyə əsasən, 01.06.2018 tarixindən:

Təmizlik Xidmətinə 50% ENDİRİM!

107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Buzovna” çimərliyinə;

108A nömrəli marşrut xətti avtobuslar “Görədil” və “Fatmayı” bağlarına;

141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin “Sahil” çimərliyinə qədər;

171 nömrəli marşrut xətti üzrə avtobuslar Nardaran qəsəbəsi “See Breeze” istirahət mərkəzinə;

172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Bilgəh” bağlarına;

173 və 179 nömrəli marşrut xətti üzrə avtobuslar “Pirşağı” bağlarına və çimərliyinə qədər;

185 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar “Qızılqum” sanatoriyasına qədər;

189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhiş” bağlarına qədər;

210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə “Türkan” bağlarına qədər fəaliyyət göstərəcək.

Eləcə də bax: Bakını tıxaclardan xilas edəcək yol nə vaxt hazır olacaq? - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269