NƏQLİYYAT

Bakı-Quba yolu niyə bağlanır?
29 MAY
324

Bakı-Quba yolu niyə bağlanır?

2018-05-29 11:39:00

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarına qədər Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq. 

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, buna görə də hərəkət iş aparılan bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır ) hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən avtomobil yolu ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Eləcə də bax: Bakını tıxaclardan xilas edəcək yol nə vaxt hazır olacaq? - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267