NƏQLİYYAT

Diqqət: Bu yollarda hərəkət məhdudlaşdırılıb
23 MAY
221

Diqqət: Bu yollarda hərəkət məhdudlaşdırılıb

2018-05-23 10:46:00

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yasamal rayonu, Bakı Dairəvi-1 avtomobil yolunun Yeni Yasamal sahəsinə keçən hissəsində, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu avtomobil yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

Bu məqsədlə, sözügedən yollar boyu 23 may tarixində 11:00-dan axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Eləcə də bax: Azərbaycanda daha bir avtomobil yolunun tikintisinə başlanılıb - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254