NƏQLİYYAT

Bu liman tamamilə avtonom sistemə keçir
21 MAY
138

Bu liman tamamilə avtonom sistemə keçir

2018-05-21 11:07:00

2018-ci ilin sonunda Çinin Kaofeidian şəhərindəki ticarət limanı tamamilə avtonom sistemə keçəcək. Burda kran və digər daşıyıcıların istifadəsi zamanı insan əməyinə  ehtiyac qalmayacaq. Layihəni ABŞ və Çinin ortaq şirkəti “TuSimple” həyata keçirir. Hazırda şirkət bütün yük avtomobillərini avtonom texnikalarla əvəzləyir. Başqa bir texnologiya firması isə kranların avtomatlaşdırılması üzərində işləyir. Bütün vasitələr mərkəzi nəzarət sistemi tərəfindən idarə olunacaq.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Qeyd edək ki, avtonom konteyner daşıyan avtomobillər daha əvvəl Hollandiyanın Roterdam və Çinin Yanqşanla Qinqdao limanlarında sınaqdan keçirilib. Amma Kaofeidianın onlardan fərqi  ondan ibarətdir ki, burda bütün əməliyyatlar (yükləmə, boşaltma və daşıma) avtomotik idarə olunacaq. (Seanews.az)

Eləcə də bax: “Dənizlərin Teslası” payızda ilk səfərinə çıxacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267