NƏQLİYYAT

İstanbul Boğazında dəniz nəqliyyatını tənzimləmək üçün elektron mərkəz yaradılır
18 MAY
256

İstanbul Boğazında dəniz nəqliyyatını tənzimləmək üçün elektron mərkəz yaradılır

2018-05-18 15:44:00

İstanbul Böyükşəhər Bələdiyyəsi həm dəniz nəqliyyatını tənzimləmək, həm də gəmilərin yaratdığı çirkliliyi monitorinq etmək üçün Elektron İdarəetmə Mərkəzi yaradır. 

Mərkəz vasitəsi ilə Mərmərə dənizində və İstanbul Boğazı ətrafında üzən hər növ dəniz nəqliyyatı 24 saat ərzində təqib olunacaq.

Qaydalara uyğun davranmayan və dənizi çirkləndirən üzən vasitələr kamera görüntülərinə əsasən cəzalandırılacaqlar. Cəzanın hökmü qeydə alınan görüntülərlə birlikdə gəminin sahibinə göndəriləcək.  

Qəzaların qarşısının alınmasına da dəstək verəcək sözügedən mərkəzin 2018-ci il ərzində fəaliyyətə başlayacağı bildirilir.

Eləcə də bax: Azərbaycanda daha 2 avtomobil yolu yenidən qurulur - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254