NƏQLİYYAT

Beynəlxalq gəmiçilik şirkətinin əməkdaşları ADDA-nın Təlim-Tədris Mərkəzində kurs keçiblər
18 MAY
217

Beynəlxalq gəmiçilik şirkətinin əməkdaşları ADDA-nın Təlim-Tədris Mərkəzində kurs keçiblər

2018-05-18 15:42:00

Nüfuzlu beynəlxalq gəmiçilik şirkəti “Columbia Shipmanagement Ltd”-nin Gürcüstan nümayəndəliyinin əməkdaşları Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim-Tədris Mərkəzində  “Gəminin idarəolunması və manevr edilməsi” təlimində iştirak ediblər.

5 gün ərzində davam edən təlim ingilis dilində keçirilib. Sonda  iştirakçılar imtahan verərək yüksək nəticələr əldə ediblər.

“Columbia Shipmanagement Ltd”-nin əməkdaşları tədris prosesindən tam razı qaldıqlarını, təlimin beynəlxalq konvensiyaların tələblərinə uyğun təşkil edildiyini bildiriblər.

Təlim çərçivəsində iştirakçılar mərkəzin texniki təchizat imkanları ilə də tanış olublar.  Onlara məlumat verilib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Təlim-Tədris Mərkəzi 2014-cü  ildən  fəaliyyət göstərir. Hazırda Təlim-Tədris Mərkəzi dünyada “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 95 mərkəzdən biri, Azərbaycanda isə yeganə təşkilatdır.

Xatırladaq ki, “Columbia Shipmanagement Ltd” 30 ildən artıq dənizdə insan  həyatının mühafizəsi və müxtəlif təyinatlı gəmilərinin təhlükəsiz daşıma əməliyyatları, həmçinin gəmi heyətinin idarəedilməsi sahəsində faəliyyət göstərən aparıcı şirkətlərdən biridir. Dünyanın bir çox ölkəsində  nümayəndəlikləri olan “Columbia Shipmanagement Ltd”-nin idarəçiliyində hazırda 1500-dən çox gəmi mövcuddur.

Eləcə də bax: Azərbaycanda daha 2 avtomobil yolu yenidən qurulur - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253