NƏQLİYYAT

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi sürücülərə müraciət edib
18 MAY
229

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi sürücülərə müraciət edib

2018-05-18 11:40:00

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi sürücülərə müraciət edib. Müraciətdə bildirilib ki, "Bakı Dairəvi-1" avtomobil yolunda yenidənqurma işləri aparılır.

"Bakı Dairəvi-1 yolunda rahat hərəkətin təşkili üçün dəyişikliklər aparıldığı üçün əsas yolla köməkçi yol arasında yerləşən təhlükəsizlik sədlərinin sökülməsi işləri görülür. Sözügedən işlər axşam saatlarınadək davam etdiriləcək. Bununla əlaqədar olaraq sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.

Eləcə də bax: Azərbaycanda daha 2 avtomobil yolu yenidən qurulur - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259