NƏQLİYYAT

DİQQƏT! Hava limanı istiqamətində hərəkət məhdudlaşdırılır
17 MAY
251

DİQQƏT! Hava limanı istiqamətində hərəkət məhdudlaşdırılır

2018-05-17 11:18:00

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Sabunçu yol qovşağından Hava limanı istiqamətində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Bu barədə Fins.az-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib. Məlumatda qeyd edilir ki, anoloji işlər Bakı-Ələt avtomobil yolunun Bayıl dairəsi Azneft meydanı istiqamətində də aparılır. Bu məqsədlə, sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən isə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Eləcə də bax: Bu yolun tikintisi sakinlər üçün əlavə iqtisadi imkanlar açır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254