NƏQLİYYAT

Bir ayda Naxçıvanda dəmir yolu nəqliyyatı ilə 13 mindən çox sərnişin daşınıb
15 MAY
253

Bir ayda Naxçıvanda dəmir yolu nəqliyyatı ilə 13 mindən çox sərnişin daşınıb

2018-05-15 14:52:00

Bu ilin aprelində Ordubad-Şərur və Şərur-Culfa istiqamətində hərəkət edən qatarlarla 13 min 708, Naxçıvan-Məşhəd-Naxçıvan istiqaməti üzrə hərəkət edən beynəlxalq sərnişin qatarı ilə 287 nəfər daşınıb.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən bildirilib ki, Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 11 min tondan artıq müxtəlif təyinatlı yük çatdırılıb.

Hesabat dövründə muxtar respublikada dəmir yolu nəqliyyatından istifadə sahəsində ardıcıl tədbirlər görülüb, maddi-texniki baza gücləndirilib. Vaqonlarda və lokomotivlərdə cari təmir işləri aparılıb, baş və stansiya yollarına baxış keçirilib. Xidməti ərazidəki bütün keçidlər, yol yatağı, yoldəyişən və süni qurğular yoxlanılıb, istismarda olan maşın-mexanizmlərin saz vəziyyətdə saxlanılması üçün mütəmadi olaraq yoxlamalar aparılıb. (Azərtac)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259