NƏQLİYYAT

Bakı metrosunda tüstülənmənin səbəbi açıqlandı
15 MAY
217

Bakı metrosunda tüstülənmənin səbəbi açıqlandı

2018-05-15 10:16:00

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasındakı tuneldə elektrik xəttində qızma olub. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

N.Paşayev bildirib ki, hadisə səhər saatlarında qeydə alınıb: "Qısaqapanma olmayıb. Xətdə qızma olub və nəticədə tüstülənmə baş verib. Metropoliten işçiləri dərhal müdaxilə edib və problem aradan qaldırılıb. Hadisə qatarların hərəkətinə ciddi təsir göstərməyib".

Qurum rəsmisi deyib ki, hazırda qatarların intervalında heç bir ləngimə yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254