NƏQLİYYAT

Lökbatan-Qobu-Hökməli yolunda hərəkət məhdudlaşdırılır
14 MAY
185

Lökbatan-Qobu-Hökməli yolunda hərəkət məhdudlaşdırılır

2018-05-14 11:41:00

Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar olaraq bu gün saat 11:00-dan hərəkət hissə-hissə məhdudlaşdırılacaq. 

Fins.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, məhdudiyyət axşam saatlarına qədər qüvvədə olacaq. Sürücülərdən hərəkət istiqamətlərinə uyğun öncədən alternativ yollardan istifadələ etmələri tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254